“Beşiktaş” “Bayer”in müdafiəçisini transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Bayer”in müdafiəçisi Edmond Tapsoba karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

Trend xarici
mediaya istinadən xəbər verir ki, “Beşiktaş” burkina-fasolu
futbolçunu transfer etmək istəyir.




İstanbul nəhəngi 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə
qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlamağı
planlaşdırır.

Qeyd edək ki, “Bayer” Edmond Tapsobanı 2020-ci ilin yayında
Portuqaliyanın “Vitoriya” klubundan 20 milyon avroya transfer edib.
Təcrübəli müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində
meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə
yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir