
Bakı. Trend:
Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı
Tiranada keçirilən Avropa çempionatında bürünc medal görüşünə
çıxıb.
Trend-in
məlumatına görə, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
üçüncü yer uğrunda rusiyalı Marta Getmanova ilə qarşılaşıb.
Rəqibinə 7:5 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata
sahib çıxıb.
Qeyd edək ki, ölkəmiz aprelin 26-dək davam edəcək Avropa
çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma
güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82
kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram),
Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc
medal qazanıblar.

