
Bakı. Trend:
Çin Aya uçuşlar üçün yeni nəsil pilotlu kosmik gəmi yaratmaq
layihəsini həyata keçirir.
Trend-in
məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya
Korporasiyasının Beşinci Tədqiqat İnstitutunun əməkdaşı Şao Limin
deyib.
“Ümid edirəm ki, kosmosa yeni nəsil pilotlu kosmik gəminin
göndərilməsini və taykonavtların Yerdən kosmosa uçması üçün yeni
platforma yaratmasını görə biləcəyik”, – deyə o bildirib.
Şao Limin qeyd edib ki, son iki ildə Pekin pilotlu Ay tədqiqatı
proqramını fəal şəkildə irəli sürür. “Və yaxın gələcəkdə hər kəs
çinlilərin ay səthində izlərini qoyduğunu görəcək”, – deyə o
vurğulayıb.

