Küveyt hava məkanını yenidən açır

Baş səhifə

Bakı. Trend:

Küveyt ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri
ilk dəfə hava məkanını açıb.

Trend-in
məlumatına görə, bu barədə “KUNA” agentliyi xəbər verib.




“Küveyt Beynəlxalq Hava Limanının hava məkanı, bölgədəki
vəziyyətlə əlaqədar olaraq 28 fevraldan bəri hava nəqliyyatının
müvəqqəti olaraq dayandırılmasından sonra cümə axşamı günü yenidən
açılıb”, – deyə Mülki Aviasiya Administrasiyasının baş direktoru
Hamud Mübarək bildirib.

Onun sözlərinə görə, bu addım “aeroportun qarşıdakı dövrdə tam
fəaliyyət göstərməsinə hazırlıq məqsədilə hava nəqliyyatının
tədricən bərpası üçün yaxşı düşünülmüş mərhələli planın bir
hissəsidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir