Azərbaycanda mis konsentratı istehsalı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 767 ton mis
konsentratı istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni
dövrü ilə müqayisədə 3,2 min ton və ya 7,1 dəfə artıb.




Bu ilin aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin
anbarlarında hazır mis konsentratı ehtiyatı 2 762 ton təşkil
edib.

Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın
ümumi dəyəri 8,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 0,7% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir