“Benfika”nın futbolçusu Vinisiusa görə 6 oyunluq cəzalandırıldı

Baş səhifə

Bakı. Trend:

UEFA “Benfika” ilə “Real” arasında keçirilən UEFA Çempionlar
Liqasının pley-off matçında baş verən insidentdən sonra Canluka
Prestyanni ilə bağlı rəsmi qərarını açıqlayıb.

Trend xarici
mediaya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu oyunda
madridlilərin vingeri Vinisius Juniorun ünvanına ayrı-seçkilik
xarakterli və homofob ifadələr işlətdiyi üçün avrokuboklarda altı
oyunluq cəzalandırılıb.

Cəzanın üç oyunu şərti xarakter daşıyır. Futbolçu növbəti iki il
ərzində intizam qaydalarını pozmasa, həmin üç oyunluq cəza ləğv
edilə bilər. Beləliklə, Prestyanni artıq bir oyunu buraxıb və
komandasına avrokuboklarda qarşıdakı iki görüşdə də kömək edə
bilməyəcək.




Argentinalı vinger irqçi təhqirləri inkar etsə də, UEFA-nın
intizam orqanları onun hərəkətlərini diskriminasiya xarakterli
davranış maddəsi üzrə qiymətləndirib. İnsident “Real”ın 1:0 hesablı
qələbəsi ilə başa çatan matç zamanı yaşanıb.

Bundan əlavə, UEFA FIFA-ya müraciət edərək diskvalifikasiyanın
təşkilatın himayəsi altında keçirilən turnirlərə də şamil
olunmasını istəyib. Bu müraciət qəbul olunarsa, Prestyanni
beynəlxalq oyunları, o cümlədən Argentina millisinin dünya
çempionatındakı mümkün matçlarını da buraxa bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir