ABŞ-də ölüm hökmlərinin qaydası dəyişdi

Baş səhifə

ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə edamların bərpa olunduğunu və hökmün icrası üçün güllələnmə üsulunun tətbiq edilə biləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, qurum artıq 44 iş üzrə ölüm hökmünün icrasına dair vəsatətləri təsdiqləyib və bu praktikanın genişləndirilməsini planlaşdırır.

Nazirliyin məlumatına görə, əvvəlki administrasiya ən təhlükəli cinayətkarlarla bağlı ölüm hökmünü icra etməməklə Amerika xalqını qorumaq vəzifəsini yerinə yetirməyib.

“Ədliyyə Nazirliyi yenidən qanunun aliliyini təmin edir və qurbanları dəstəkləyir”, – deyə ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş bildirib.

Bundan əlavə, yaxın həftələrdə məhkumlara bütün məhkəmə prosedurları başa çatana qədər əfv üçün müraciət etmək imkanının məhdudlaşdırılması da nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir