ABŞ 159 milyard dollarlıq tarifləri geri qaytaracaq – Tramp

Baş səhifə

Bakı. Trend:

Ali Məhkəmənin qərarı səbəbindən hökumət yığılmış 159 milyard
dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında
yazıb: “Onilliklər boyu ölkəmizdən sui-istifadə edən insanlar və
şirkətlər Ali Məhkəmənin dəhşətli və gülünc tarif qərarı səbəbindən
159 milyard dollarlıq ödəniş qaytarılması ilə üzləşirlər”.

Qeyd edib ki, Ali Məhkəmə bu vəsaitləri Amerika hakimiyyətinin
nəzarəti altında saxlasaydı, daha yaxşı olardı.




Xatırladaq ki, ötən ilin dekabrında Tramp ABŞ-ın 2025-ci ildə
idxal rüsumları hesabına təxminən 20 trilyon dollar gəlir əldə edə
biləcəyini bildirmişdi.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi Prezidentin Beynəlxalq
Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində digər
ölkələrə idxal tarifləri tətbiq etməsini səlahiyyət həddinin
aşılması kimi qiymətləndirib. Bununla belə, məhkəmə hökumətin
əvvəllər tariflər şəklində toplanmış vəsaiti geri
qaytarıb-qaytarmamalı olduğunu dəqiqləşdirməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir