
Bakı. Trend:
Ukraynanın Avropa İttifaqına yaxın zamanda tamhüquqlu üzv kimi
qəbul olunması real hesab edilmir.
Trend xəbər verir ki, bunu
Almaniya kansleri Fridrix Merz jurnalistlərə verdiyi açıqlamada
bildirib.
Bununla yanaşı, kansler vurğulayıb ki, Kiyevin Avropa
strukturlarına daha sıx şəkildə inteqrasiyası böyük əhəmiyyət
daşıyır.
Hökumət başçısının sözlərinə əsasən, Ukrayna mərhələli şəkildə
Aİ institutlarının fəaliyyətində iştirak edə bilər.
Merz qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq
bəzi iclaslarda səsvermə hüququ olmadan iştirak imkanına
malikdir.
Onun fikrincə, bu addım inteqrasiya prosesinin ilkin mərhələsi
kimi dəyərləndirilə bilər.

