
Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron
darağı və 21 patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

