
Bakı. Trend:
“Petrostem (UK) Limited” Məhdud Məsuliyyətli Özəl Şirkətinin
Azərbaycandakı filialı ləğv edilir.
Trend xəbər
verir ki, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 129E, Məhəllə 705
ünvanına bildirə bilərlər.
Sözügedən şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi
Duthie Peter adlı şəxsdir. Şirkətin Dövlət Vergi Xidmətinin Bakı
şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 80 manat vergi borcu
mövcuddur.

