
Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada təşkil olunan güləş üzrə Avropa
çempionatı davam edir.
Trend-in
məlumatına görə, bu gün mübarizəyə başlayan Azərbaycanın 5 sərbəst
güləşçisi yarımfinala vəsiqə qazanıb.
Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram),
Arseni Djioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi
Meşvildişvili (125 kiloqram) finala vəsiqə uğrunda mübarizə
aparacaqlar.
Bundan başqa, İslam Bazarqanov (57 kiloqram) qızıl medal
görüşündə Musa Mehtixanovla (UWW) üz-üzə gələcək. Rəşid Babazadə
(65 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram ) isə bürünc medal
uğrunda güləşəcəklər.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun
vurulacaq.

