Pezeşkian: İran təzyiq altında danışıqlarda iştirak etməyəcək

Baş səhifə

İran prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində Tehranın təzyiq, təhdid və ya Hörmüz boğazının blokadası altında sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə “Press TV”-nin “Telegram” kanalında məlumat verilir.

“Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı prezident Pezeşkian İranın təzyiq, təhdid və ya blokada altında danışıqlara girməyəcəyini təsdiqləyib”, – məlumatda deyilir.

İran prezidenti ABŞ-la dialoqu bərpa etmək üçün bütün maneələri, o cümlədən Hörmüz boğazının blokadasını aradan qaldırmağı tövsiyə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir