
Bakı. Trend:
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kubokunda
final döyüşlərinə start verilib.
Trend xəbər verir ki,
Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə
Səidcəmşid Cəfərov çıxıb.
75 kiloqramda mübarizə aparan boksçu Tauan Silva (Braziliya) ilə
gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0
(30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya
Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycanın
Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kiloqram) və
Məhəmməd Abdullayev (+90 kiloqram) də final görüşünə çıxacaq. Bir
gün öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala
yiyələnib.

