BDYPİ paytaxtda piyadanın vurulduğu anın görüntülərini yaydı (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Paytaxtda piyadanın vurulması ilə nəticələnən ağır qəza baş
verib.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)
videomaterial yayımlayıb.

“Piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən
profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir. Yol
hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan
piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.

Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan
yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə
etmədən yolu keçmək ciddi təhlükə yaradır.




Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi
deyil, qayda pozuntusu nəticəsində yaranır.

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz
həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən
keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik
hər kəsin özündən başlayır”,-deyə məlumatda bildirilib”,- BDYPİ-dən
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir