Sabah iki mindən çox şəxs rezidentura imtahanı verəcək

Baş səhifə

Bakı. Trend:

İyunun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya
qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi saytında dərc
edilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 2141 namizəd
qeydiyyatdan keçib. Onlardan 1626 nəfər Azərbaycan, 515 nəfər isə
rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 899 nəfəri
oğlan, 1242 nəfər qızdır. 332 nəfər cari ilin, 1023 nəfər əvvəlki
illərin məzunudur. 786 nəfər isə növbəti illərdə məzun olacaq. 29
nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat
10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil
olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur.
Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.




Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron
cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər,
jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər
yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan
binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar
buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa
çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14
imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı
(mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir