ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

Baş səhifə

Bakı. Trend:

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad
qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası,
Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə
Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası
və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq
“Anlaşma Memorandumu” əsasında təşkil olunub.

Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il
ərzində ümumilikdə 1 000 000 ağac əkməkdir.




Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması
məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 1 hektar
ərazidə 625 ağac əkilib. Növbəti günlərdə isə ağacəkmə 60 hektar
sahədə aparılacaq. Bu il ümumən 37 500 ağac əkiləcək. Müvafiq
qurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulama
sistemi də qurulub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir