
Bakı. Trend:
Ziraat Bank Azərbaycan hüquqi şəxslər və fərdi sahibkarlar üçün
yeni Bankkart Business kredit və Bankkart Business kredit platinum
kartlarını istifadəyə verib.
Mastercard növündə təqdim olunan yeni biznes kredit kartları
şirkətlərin fəaliyyəti zamanı yaranan xərclərin daha çevik və
planlı şəkildə maliyyələşdirilməsinə imkan yaradır. Kartlar
vasitəsilə müəssisələr HÖP-də və gömrük məntəqələrində rüsum
ödənişlərini, vergi ödənişlərini, icarə haqlarını, mal, iş və
xidmət ödənişlərini daha sürətli və rahat şəkildə həyata keçirə
bilərlər.
Bankkart Business kredit kartları bərpa olunan kredit xətti
əsasında təqdim olunur və faiz dərəcəsi kredit limitinin yalnız
istifadə edilmiş məbləği üzrə hesablanır. Bu isə bizneslərə nağd
vəsait dövriyyəsini qorumaqla maliyyə axınlarını daha səmərəli
idarə etmək imkanı yaradır.
Kartlar AZN valyutasında təqdim olunur, kredit kartının istifadə
müddəti isə 1, 3 və ya 5 il olaraq seçilə bilər. Müştərilər kredit
limiti çərçivəsində nağdsız ödənişlərlə yanaşı, müəyyən edilmiş
limit daxilində nağdlaşdırma əməliyyatlarını da həyata keçirə
bilərlər.
Bankkart Mastercard Business kredit platinum kartı isə daha
yüksək imtiyazlar və geniş istifadə imkanları ilə bizneslər üçün
əlavə maliyyə çevikliyi yaradır.
Yeni biznes kredit kartları ölkə daxilində və xaricdə Mastercard
loqolu POS-terminallarda, eləcə də onlayn platformalarda istifadə
oluna bilər. 3D Secure texnologiyası sayəsində onlayn əməliyyatlar
təhlükəsiz şəkildə həyata keçirilir.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,
rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

