"Sabah" Premyer Liqada növbəti qələbəsini qazanıb

Baş səhifə

“Sabah” komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Modern.az-ın məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu matçında “Karvan-Yevlax”a qalib gəlib.

“Bank Respublika Arena”dakı qarşılaşma 2:0 hesabı ilə bitib.

Günün ilk görüşündə “Turan Tovuz” “Zirə” ilə heç-heçə edib – 1:1.

Xatırladaq ki, daha əvvəl “Sumqayıt” “İmişli”ni (2:0), “Şamaxı” “Kəpəz”i (2:0), “Qarabağ” “Neftçi”ni (5:1) məğlub edib. “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 1:1.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir