Qusar və Şabranda yollar və körpülər bərpa olunacaq

Baş səhifə

Bakı.Trend:

Qusar rayonunda Qusar–Əniq–Laza yolunun 35-ci km-də 4 ədəd
borunun, yolun hərəkət hissəsinin bərpası və 2 yerdə yeni körpünün
tikintisi həyata keçiriləcək.

Trend-in
məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif
bölgələrində güclü leysan yağışları və yaranan sel suları
nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə
bağlı görüləcək işlərin siyahısında yer alıb.




Həmçinin Şabran rayonunda Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci
km-də yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-də 2 ədəd
körpünün bərpası həyata keçiriləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə (AAYDA) tapşırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir