Kreml: Moskvada Qələbə Günü Paradı keçiriləcək

Baş səhifə

Moskvada Qələbə Günü Paradı keçiriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Kreml paradın formatı barədə ictimaiyyəti vaxtında məlumatlandıracaq.

Qeyd edək ki, Rusiya mətbuatında Moskvada 9 May Paradının ləğv olunacağı və ya təxirə salınacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlarda Qələbə paradının təhlükəsizlik səbəbi ilə ləğv ediləcəyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir