
Bakı. Trend:
Rusiyanın Buryatiya Respublikasında altı nəfər qar uçqununa
düşüb.
Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir.
İnsident İrokinda mədəninin ərazisində baş verib. İlkin məlumata
görə, doqquz nəfər texnoloji yolu təmizləyən zaman onların üzərinə
nəhəng qar qalaqları düşüb.
Qeyd olunur ki, onlardan üçü müstəqil şəkildə qar uçqunun
altından çıxıb. Qalanlarının isə taleyi məlum deyil. Hazırda hadisə
yerində xilasedicilər axtarış-xilasetmə tədbirləri həyata
keçirir.
İstintaq Komitəsinin əməkdaşları əmək təhlükəsizlik qaydalarının
pozulması ilə əlaqədar cinayət işi açıb.

