
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Tərəflər regionda nəqliyyat infrastrukturunun genişləndirilməsi kontekstində Gümri-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

