Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb

Baş səhifə

Ötən gün Gürcüstanın Marneuli rayonunda 10 yaşlı Eldar Hüseynovun ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı 19 yaşlı şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Faktla bağlı yol hərəkəti qaydalarının və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Qeyd edək ki, yol qəzası ötən gün axşam saatlarında Marneuli-Bolnisi avtomobil yolunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçən Eldar Hüseynovu vurub.

Eldar Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir