İranda “Mossad”la əlaqəli 20-dən çox şəxsin saxlanıldığı bildirilir

Baş səhifə

İranda “Mossad”la əlaqəli şəxslərin həbs olunduğu bildirilir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kirman vilayətində İsrailin xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinən 21 nəfər müəyyən edilib və onlar saxlanılıb.

Saxlanılan şəxslər hərbi, müdafiə sahəsində həssas və məxfi obyektlər barədə məlumatları toplayaraq “Mossad”a ötürməkdə ittiham olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir