
Bakı. Trend:
Gömrük orqanının qərarının qüvvəyə minmə qaydalarında dəyişiklik
ediləcək.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük
Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz
əksini tapıb.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, gömrük orqanının
qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir.
Təklif edilən dəyişikliyə əsasən, gömrük orqanının qərarı
ünvanlandığı və ya maraqlarına toxunduğu şəxsə yazılı, o cümlədən
elektron formada rəsmi bildiriş göndərildiyi andan və yaxud bu
barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə
minəcək.
Həmçinin, gömrük orqanının qərarı elektron formada da qəbul
olunacaq.

