
Bakı. Trend:
Mart ayının sonuna olan vəziyyətə görə, bank sistemləri və
“Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki
ayla müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta
çatıb.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz
artıb.
“Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit
kartlarının sayı isə 9% azalıb. Ödəniş kartlarının artması nağdsız
ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, mart ayı
ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq
dövrü ilə müqayisədə 46% artıb.
2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata
keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,560 mln. manat
təşkil edib”, – deyə məlumatda qeyd olunur.

