Bakı. Trend:
Cari ilin 1 aprel tarixinə Azərbaycan manatının xarici
valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 103,9 faiz
bəndi təşkil edib.
Trend Azərbaycan
Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq
ifadədə 2,1 faiz bəndi , ötən ilin eyni dövrü ilə müqayisədə isə 2
faiz bəndi artıb.
Eyni zamanda, cari ilin 1 aprel tarixinə manatın qeyri-neft
sektoru üzrə nominal effektiv məzənnəsi 176,2 faiz bəndi təşkil
edib ki, bu da əvvəlki ayla müqayisədə 3,3 faiz bəndi çoxdur, lakin
ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Bundan əlavə, 2026-cı ilin 1 aprel tarixinə manatın ümumi real
effektiv məzənnəsi 117,7 faiz bəndi olub. Bu göstərici aylıq
ifadədə1,9 faiz bəndi artıb, illik ifadədə isə 2,8 faiz bəndi
azalıb.
Həmçinin, hesabat dövründə qeyri-neft sektoru üzrə manatın real
effektiv məzənnəsi 113 faiz bəndi təşkil edib ki, bu da aylıq
ifadədə 1,8 faiz bəndi artım, illik ifadədə isə 2,8 faiz bəndi
azalma deməkdir.