
Bakı.Trend:
Avstraliyanın cənubunda yerləşən Parafild aeroportunda kiçik
tutumlu təyyarə qəzaya uğrayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 10 nəfər
yaralanıb.
Məlumata görə, təyyarə yerli vaxtla 14:10 radələrində (Bakı
vaxtı ilə 08:10) eniş zamanı aeroportun anqarına çırpılıb. Toqquşma
nəticəsində yanğın baş verib, hadisə yerinə yanğınsöndürmə
heyətləri səfərbər olunub.
Ölənlər təyyarənin göyərtəsində olmuş şəxslərdir. Zərərçəkənlər
isə toqquşma zamanı anqarın yaxınlığında olublar. Onlardan biri
ağır bədən xəsarətləri alıb.
Hadisənin səbəbləri araşdırılır.

