
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun
(İKZF) xətti ilə 30,1 milyon manat kredit verilib.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 4,1 dəfə
azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin
məbləği isə 75,8 milyon manat olub ki, bu da 2025-ci ilin eyni
dövründəki göstərici ilə müqayisədə 4,4 milyon manat və ya 6,2%
çoxdur.
Bundan başqa, hesabat dövründə İKZF-nin istiqraz buraxmaqla cəlb
etdiyi vəsaitin məbləği 100 milyon manat və ya 2 dəfə azalaraq 100
milyon manat təşkil edib.
Eyni zamanda fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği
isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 21,3 milyon
manat səviyyəsində müəyyənləşib.

