
Bakı. Trend:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, toplantıda Misli Premyer Liqasının XXIX turunun oyunları
ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı
vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin
(maddə 43.1);
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında
qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt”
komandası 1500 manat cərimə edilsin (maddə 83.5);
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri
tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz
ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə
təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin
(maddə 52.5);
25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının
azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə
görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə
86.3);
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı
vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin
(maddə 43.1);
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi”
komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar
atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə
“Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri
tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və
bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi”
komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri
tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari
mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000
manat cərimə edilsin (maddə 86.3);
27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah”
komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda
pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna
buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə
44.1);
27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar
şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə
təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin
(maddə 86.3);
27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun
“Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində
“Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson
ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna
buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin
(maddə 17.5, 17.7);

