Azərbaycanla Türkmənistan arasında nəqliyyat və telekommunikasiya məsələləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev
Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və
səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.

Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı Səfirliyindən
məlumat verilib.

Tərəflər Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli
siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin
inkişafına verdiyi töhfəni qeyd edərək, iki ölkə rəhbərlərinin
siyasi iradəsi nəticəsində əməkdaşlığın strateji səviyyəyə
yüksəldiyini vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, eləcə də tranzit,
logistika, rəqəmsal inkişaf və telekommunikasiya sahələrində mövcud
vəziyyət və perspektivlərinə diqqət yetirilib.

İki ölkənin əlverişli coğrafi mövqeyinin və regionda artan
tranzit potensialının nəqliyyat dəhlizlərinin genişləndirilməsi
üçün mühüm imkanlar yaratdığı qeyd olunub.

Həmçinin, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti
çərçivəsində rəqəmsal inkişaf, telekommunikasiya infrastrukturunun
təkmilləşdirilməsi, nəqliyyat-logistika və tranzit əlaqələrinin
gücləndirilməsi istiqamətində yeni imkanlar nəzərdən keçirilib.
Eyni zamanda, Azərbaycan və Türkmənistan arasında strateji
tərəfdaşlıq və qardaşlıq münasibətlərinin, xüsusilə qeyd olunan
sahələrdə praktiki əməkdaşlığın daha da genişləndirilməsinə
qarşılıqlı maraq ifadə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir