
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq
Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya
Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi təsdiq
edilib.
Trend xəbər
verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və
noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional
Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi”
təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin etməlidir.
Bundan başqa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Beynəlxalq Telekommunikasiya İttifaqına
bildiriş göndərməlidir.

