Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan
Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün “İdarəetmə,
risklərin idarə olunması və uyğunluq (GRC – Governance, Risk,
Compliance)” üzrə təlim kursu keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat
verilib.

Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberCollab”
layihəsi çərçivəsində təşkil edilən kursun əsas məqsədi
iştirakçıların kibertəhlükəsizlik sahəsində idarəetmə, risklərin
idarə olunması və uyğunluq istiqamətləri üzrə bilik və
bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübələrə uyğun
yanaşmaların tətbiqinə dəstək verməkdir.




Təlim proqramı müddətində iştirakçılara GRC istiqamətinin əsas
prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları,
normativ tələblərə uyğunluğun təmin edilməsi, eləcə də təşkilati
səviyyədə kiber risklərin effektiv idarə olunması mexanizmləri
barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda keçirilən təlim kursu zamanı nəzəri
biliklərlə yanaşı real iş mühitinə uyğun ssenarilər əsasında
iştirakçıların peşəkar bacarıqlarının inkişafına xüsusi diqqət
yetirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir