
Bakı. Trend:
Avropa strukturları Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş
prokuroru və fəal erməni lobbiçisi Luis Moreno Okampo ətrafında
yaranmış qalmaqalla bağlı öz qəti sözünü deməlidir.
Trend xəbər verir
ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov öz sosial şəbəkə
hesabında Okamponun qalmaqallı videgörüntüsünü şərh edərkən bilidirib.
“Erməni lobbi təşkilatlarının fəaliyyətləriniçirkli biznesə
çevirdiyi çoxdan məlumdur. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş
prokuroru Okampo və onun oğlu arsız şəkildə avrodeputatları,
avro-məmurları satın alır və mahiyyət etibarilə Azərbaycana real
zərər vurmaq iqtidarında olmayan müxtəlif qətnamə və bəyanatları
təşviq edirlər – bu bir faktdır. Lakin bu fəaliyyət həmin çirkli
subyektlərə konkret dividendlər gətirdiyi üçün, Belçikanın
hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan bunun qarşısını
almaq mümkün olmayacaq. Okampo və onun kimilərin hücumlarından
ikrahla yan keçmək olar. Çünki aydındır ki, onların təşkil
etdikləri kampaniyaların məqsədi bu gün Nikol Paşinyanı və
“Vətəndaş Müqaviləsi” partiyasını hakimiyyətdən uzaqlaşdırmaqdır və
məhz bu məqamda Avropa strukturları öz qəti sözlərini deməlidirlər;
hərçənd sözdə onlar guya Ermənistanda Avropayönümlü qüvvələri
dəstəklədiklərini bəyan edirlər”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Luis Okamponun öz oğlu ilə danışığının
videogörüntüsü yayımlanıb. Həmin görüntüdə o bildirir ki, onun
komandasında əvvəllər Avropa İttifaqının diplomatiyasının sabiq
rəhbəri Jozep Borrelin hüquq məsləhətçisi olmuş bir şəxs çalışır.
Okamponun sözlərinə görə, o, bu əməkdaş vasitəsilə Avropa
Parlamentində səsvermələrə təsir göstərməyi, Avropa Komissiyasının
sədri Ursula fon der Lyayenə təzyiq etməyi və Avropa siyasətini
lazım olan istiqamətdə yönləndirməyi planlaşdırır.
Bundan əlavə, Okampo daha geniş strategiyanı – Avropa Məhkəməsi
vasitəsilə insan hüquqlarının pozulması ittihamlarından istifadə
edərək Avropa İttifaqı ilə Azərbaycan arasında enerji müqaviləsinin
ləğvinə nail olmaq və ABŞ-dakı erməni lobbiləri ilə fəaliyyətləri
koordinasiya etmək planlarını açıqlayır
Naməlum müsahiblə söhbətində Okamponun oğlu Tomas Ermənistanın
hazırkı Baş naziri Nikol Paşinyanın istefasına nail olmağın
vacibliyindən danışır.

