“Börnli” baş məşqçi Skott Parkerin müqaviləsini ləğv edib

Baş səhifə
Börnli baş məşqçi Skott Parkerin müqaviləsini ləğv edib

İngiltərənin “Börnli” klubu baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

“Report” Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb.

Yeni baş məşqçisinin tezliklə təqdim olunacağı bildirilib.

Xatırladaq ki, “Börnli” 2024/2025 mövsümündə Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir