
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Kosmik Agentlik (“Azərkosmos”)
dünyanın 32 ölkəsindən 90-a yaxın şirkətə 4,1 milyon ABŞ dolları
dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün aprel sayına istinadən
xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1
milyon manat və ya 2,5% çoxdur.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi
gəlirlərinin 64%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 1.1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 809.1
min ABŞ dolları ilə Lüksemburq, 271.1 min ABŞ dolları ilə Türkiyə,
261.1 min ABŞ dolları ilə Pakistan, 187.2 min ABŞ dolları ilə İsveç
qərarlaşıb.

