Lukaşenko: Belarus Yaxın Şərqdə münaqişənin nizamlanmasında maraqlıdır

Baş səhifə
Lukaşenko: Belarus Yaxın Şərqdə münaqişənin nizamlanmasında maraqlıdır

Belarus və İran prezidentləri Aleksandr Lukaşenko ilə Məsud Pezeşkian telefon danışığı zamanı Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkian Fars körfəzi regionundakı cari vəziyyət, həmçinin Tehranın ABŞ ilə danışıqlardakı mövqeyi barədə Lukaşenkonu məlumatlandırıb.

Həmsöhbətlər qeyd ediblər ki, sülh razılaşmalarının əldə edilməsi üçün əsas maneə qarşılıqlı etimadın olmamasıdır.

Lukaşenko Belarusun münaqişənin tezliklə nizamlanmasında maraqlı olduğunu vurğulayıb. İran Prezidenti prinsipial və ardıcıl mövqeyinə görə ona təşəkkür edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir