
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan 95,3 milyon ABŞ dolları
dəyərində qızıl ixrac edib.
Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün aprel sayına istinadən
xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,2%
çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu
dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ
dollarına bərabər olub.

