100-dən çox matçın nəticələri ləğv oluna bilər

Baş səhifə

Bakı. Trend:

Niderland futbol çempionatının yüksək divizionunda keçirilmiş
azı 133 oyunun nəticələri futbolçuların sənədlərinin
rəsmiləşdirilməsi zamanı yol verilmiş pozuntular səbəbindən
etibarsız hesab oluna bilər.

Trend xəbər verir
ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Belə ki, bir sıra futbolçular tələb olunan sənədlər olmadan
meydançaya çıxıblar. Onların bir çoxu milli yığmalarda çıxış etmək
məqsədilə İndoneziya, Surinam və ya Kabo-Verde vətəndaşlığını
ikinci vətəndaşlıq kimi əldə ediblər.




Niderland qanunvericiliyinə əsasən, belə hallarda oyunçular ölkə
vətəndaşlığından məhrum olunur, üstəlik onlar yenidən iş icazəsi
rəsmiləşdirməli idilər.

“Əgər futbolçu Niderland vətəndaşlığından imtina edirsə, o,
başqa hüquqi yurisdiksiyaya düşür. Faktiki olaraq o, əcnəbiyə
çevrilir”, – deyə idman və hüquq üzrə professor Marjan Olfers
bildirib.

Bununla belə, mümkün pozuntular bir neçə il ərzində diqqətdən
kənarda qalıb. Məsələ yaz aylarında “NAK Breda” klubunun problemi
gündəmə gətirməsi və oyunlardan birinin yenidən keçirilməsini tələb
etməsi ilə aktuallaşıb. Niderland Kral Futbol İttifaqı bu tələbi
rədd edib, bundan sonra klub apellyasiya şikayəti verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir