Maliyyə Nazirliyində AYİB ilə əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 30-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf
Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə İcraçı direktoru xanım
Elizabetta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın
genişləndirilməsi perspektivləri, mövcud layihələrin icra vəziyyəti
və gələcək təşəbbüslər müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, AYİB ilə əməkdaşlıq ölkəmizin
dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır və bankın
2025–2030-cu illəri əhatə edən Ölkə Strategiyası çərçivəsində
iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, yaşıl keçid və
regional əlaqəliliyin gücləndirilməsi istiqamətlərində davam
etdirilir.

Qeyd olunub ki, indiyədək AYİB tərəfindən Azərbaycanda 202
layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb. Hazırda
bankın ölkəmiz üzrə portfeli 898 milyon avro təşkil edir və bunun
əhəmiyyətli hissəsi özəl sektorun payına düşür.




AYİB-nin dəstəyi ilə Gəncə şəhərində icra olunan infrastruktur
layihələrinin icra vəziyyətinə toxunan nazir, xüsusilə su təchizatı
və kanalizasiya layihəsinin strateji əhəmiyyətini qeyd edib,
layihələrin mərhələli icrasının və maliyyələşmənin icra qrafikinə
uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, Azərbaycanın AYİB ilə əməkdaşlıq çərçivəsində donor
tərəfdaş qismində bank tərəfindən idarə olunan müxtəlif fondlara
töhfələr verdiyi qeyd edilib.

Öz növbəsində, xanım E.Falcetti Azərbaycan ilə əməkdaşlığın
inkişafından məmnunluğunu ifadə edərək, AYİB-nin ölkəmizdə özəl
sektorun dəstəklənməsi, yaşıl maliyyə alətlərinin genişləndirilməsi
və dayanıqlı infrastrukturun inkişafı istiqamətlərində birgə
təşəbbüslərin davam etdirilməsinə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin Şəki şəhəri üzrə su təchizatı və tullantı su
layihəsi, eləcə də Böyük Bakı–Abşeron

Su Proqramı çərçivəsində nəzərdə tutulan təşəbbüslər ətrafında
fikir mübadiləsi aparılıb.

Tərəflər yeni layihələrin qiymətləndirilməsi zamanı borc
dayanıqlığı, icra potensialı və risklərin balanslı bölgüsünün əsas
meyarlar kimi nəzərə alınmasının vacibliyini, eləcə də kredit,
qrant və texniki yardım alətlərinin birgə tətbiqinin əhəmiyyətini
vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir