Tanınmış futbolçu karyerasını başa vurur

Baş səhifə

Bakı. Trend:

Eşli Yanq karyerasını başa vurmağa hazırlaşır.

Trend xəbər
verir ki, bu barədə ingiltərəli futbolçunun formasını geyindiyi “İpsviç Taun” klubunun mətbuat xidməti məlumat yayıb.




Yanq 40 yaşında peşəkar futbolla vidalaşmaq qərarı verib.
Təcrübəli sağ cinah müdafiəçisi karyerasının son matçında
Çempionşipin 46-cı turu çərçivəsində QPR qarşısında çıxacaq. Görüş
2 may tarixində baş tutacaq.

Qeyd edək ki, Eşli Yanq “İpsviç Taun”dan əvvəl “Uotford”, “Aston
Villa”, “Mançester Yunayted”, “İnter” və “Everton”da çıxış edib.
Müdafiəçi İngiltərə millisinin heyətində meydana çıxdığı 39 rəsmi
matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Mançester
Yunayted”lə Premyer Liqanın, “İnter”lə A Seriyasının qalibi
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir