TƏBİB-də yüksək vəzifəyə yeni təyinat (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rahim Hüseynov Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini
təyin olunub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali
təhsil alıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu
ilə başa vurub, eyni zamanda Türkiyədə İstanbul Dövlət
Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını
tamamlayıb.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə
yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq
idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə
qazanıb.




2021-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və
təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini
vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir