Cənubi Qafqaz Qaz Boru Kəməri üzrə əməliyyat və əsaslı xərclər artıb

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin birinci rübündə Cənubi Qafqaz Qaz Boru Kəməri
(CQBKG) sistemi üzrə əməliyyat xərcləri təxminən 21 milyon dollar
təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründəki göstərici
ilə (18 milyon dollar) müqayisədə 16,7% çoxdur

Trend bu barədə
bp-yə istinadən məlumat verir.

Əsaslı xərclər də artaraq ötən ilin eyni dövründəki 6 milyon
dollarla müqayisədə 9 milyon dollara yüksəlib. Bu illik ifadədə
təxminən 1,5 dəfə çoxdur.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və
Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG
sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına
2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında
başlayıb.




Hesabat dövründə Cənubi Qafqaz qaz kəməri ilə gündəlik orta
ötürücülük gücü 63,5 milyon kubmetr olub ki, bu da 2025-ci ilin
birinci rübündəki 60,8 milyon kubmetrlə müqayisədə artım
deməkdir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları
aşağıdakılardır:

bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO
(19,00%), NİKO (10,00%).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir