
Bakı. Trend:
“Yuventus” Barselonanın hücumçusu Robert Levandovski ilə
maraqlanır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, Turin klubu artıq futbolçunun
nümayəndələri ilə ilkin danışıqlar aparıb.
37 yaşlı forvard isə “Yuventus”un növbəti mövsüm üçün UEFA
Çempionlar Liqasına vəsiqə qazanacağı halda bu transferi nəzərdən
keçirməyə hazırdır.
Xəbərə görə, “Yuventus” Levandovski üçün “Barselona”dan
ayrılacağı təqdirdə əsas variant sayılır. Onun agenti Pini
Zahavinin artıq klub rəhbərliyi ilə görüş keçirdiyi və tərəflərin
illik təxminən 6 milyon avro maaş + bonuslar nəzərdə tutan birillik
müqavilə üzərində razılığa gəldiyi iddia olunur.
Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı
ilin yayına qədər qüvvədədir. Kataloniya klubu ona yeni sözləşmə
təklif etsə də, maaşın ciddi şəkildə azaldılması variantı
futbolçunu qane etməyib.

