İranda "Mossad agent"ləri edam edildi

Baş səhifə

İranda iki “Mossad agenti” edam edildi.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, İran məhkəmə orqanları Yaqub Kərimpur və Nasir Bakarzadənin İsrailə casusluq ittihamı ilə edam edildiyini elan etdi.

Kərimpur Mossad zabitinə məxfi məlumatları ötürməkdə, Bakarzadə isə hökumət rəsmiləri və Natanza nüvə obyekti haqqında məlumat toplamaqda günahkar bilinib.

Hökmlər Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra asılmaqla icra edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir