“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin
iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2026” birgə
taktiki-uçuş təlimi başa çatıb.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim
olunub.

Bildirilib ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi
pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları
peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların
planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və
digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş
Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə
də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.
Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının
artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədi
ilə mübadilə uçuşlarının yerinə yetirilməsi, aviasiya
vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM
vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da
yerinə yetirilib.

Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən
yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində
uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir