
Bakı. Trend:
Avropa öz təhlükəsizliyinin təmin olunması üçün üzərinə daha çox
məsuliyyət götürməlidir.
Trend xəbər verir
ki, bunu Almaniyanın Müdafiə naziri Boris Pistorius ABŞ-nin yaxın
zamanda Almaniyadan 5 minə yaxın hərbçini çıxarmaq planlarını şərh
edərkən bildirib.
Pistorius qeyd edib ki, Almaniya düzgün yoldadır” və silahlı
qüvvələrin genişləndirilməsi, texnikanın daha çevik və
genişmiqyaslı şəkildə tədarükü, eləcə də infrastrukturun
qurulmasını buna nümunədir.
“ABŞ-nin Avropadan, o cümlədən Almaniyadan qoşunlarını
çıxaracağı əvvəlcədən gözlənilən idi”,- deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ mediasının yazdığına görə hərbçilərin
çıxarılması prosesinin altı aydan bir ilə qədər davam edəcəyi
gözlənilir.
Pentaqonun yüksək vəzifəli rəsmiləri bildiriblər ki, bu addım
ABŞ prezidenti Donald Trampın İranla müharibədə Avropa
müttəfiqlərinin ABŞ-yə göstərdiyi dəstəyin səviyyəsindən
narazılığının siqnalıdır.
Məlumata görə, 2025-ci ilin dekabr ayına olan vəziyyətə əsasən,
Almaniyadakı hərbi bazalarda 36 mindən çox amerikalı hərbçi
yerləşdirilib. Bundan əlavə, Almaniyaya təxminən 1,5 min ehtiyatda
olan hərbçi və 11,5 min mülki əməkdaş ezam olunub.

