
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının
Prezidenti Karol Navrotskiyə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və
xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası
əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi
əhəmiyyət veririk.
İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin
genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı
fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı
çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da
uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və
firavanlıq diləyirəm”.

