
Bakı. Trend:
Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start
götürən “Bakı Marafonu 2026″nunda yarış başa çatıb.
Trend xəbər verir ki, bir
qədər sonra Sea Breeze ərazisindəki finiş zonasındada qaliblərin
mükafatlandırılması mərasimi olacaq.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN,
finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim
ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün
iştirakçılara medallar veriləcək. Daha qısa məsafə üzrə də
mükafatlar təqdim ediləcək. 21 km yarımarafon məsafəni qət edən ilk
2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə
sertifikatlarla təltif olunacaq.
İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42
kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı
qatılıb.Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri,
ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ,
Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları
da qələbə uğrunda yarışıblar.Hər dəfə olduğu kimi, builki yarışda
da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də
iştirak edib.

